
"Adam bilmir, üzülsün, yoxsa sevinsin. Hesabda 0:2 geri düşdükdən sonra bərabərliyi təmin etdik və daha sonra qol imkanlarını qaçırdıq".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının XXXI tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
41 yaşlı mütəxəssis komandasının sonadək mübarizə aparmaqsından məmnunluq ifadə edib: "1 xal yaxşı nəticədir. Qarşıda 5 oyunumuz var, sonadək mübarizə aparacağıq. Əvəzetmələrdən sonra pressinqi çoxaltdıq və bununla da qol epizodları yaratdıq. Vladislav Kulaçın son dəqiqələrdə əlverişli vəziyyətdən fərqlənə bilməməsini ustalıq yox, həyəcanla əlaqələndirərdim. Futbolçularımdan ümumilikdə razıyam".
Sadıqov UEFA Konfrans Liqasına vəsiqə verən 4-cü yerə yüksəlmə şanslarından da danışıb: "Hazırda "Qəbələ" daha üstün durumdadır. Amma bəzi oyunları çıxmaqla, futbolçularımdan narazı deyiləm. Görək, axırda necə alınacaq".