
Azərbaycan millisinin keçmiş futbolçusu Vaqif Cavadov “Sumqayıt-2”-nin baş məşqçisi təyin olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Cavadovla növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb. O, yeni təyinatadək klubun U-19 komandasının baş məşqçisi idi.
Qeyd edək ki, 2016-cı ildə futbolçu kimi “Sumqayıt”ın heyətində 29 oyun keçirib, 6 dəfə rəqib qapılarına yol tapmış Vaqif Cavadov U-19 komandasının baş məşqçisi postunda keçirdiyi 27 oyunda 14 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət əldə edib.