
UEFA Çempionlar Liqasında bir rəqibə qarşı ən çox oyun keçirən futbolçular müəyyənləşib.
Sportnet.az xəbər verir ki, son olaraq İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Tyaqo Silva rekorda şərik olub.
"Real Madrid"ə qarşı 1/4 final mərhələsinin cavab matçında meydana çıxan 39 yaşlı oyunçu ispaniyalı sabiq qapıçı İker Kasilyasa çatıb.
Silva Madrid təmsilçisi ilə görüşlərdə, keçmiş qolkiper isə Almaniya "Bavariya"sı ilə qarşılaşmalarda 14 dəfə meydanda olub.