Türkiyənin "Qalatasaray" klubu futbolçusu Barış Alper Yılmazın müqaviləsini uzadıb.
Sportnet.az xəbər verir ki, bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Barış Alper Yılmaz 2021-ci ilin yayında "Ankara Keçiörengücü"dən "Qalatasaray"a keçib. Türkiyə millisinin üzvü bu mövsüm 27 matçda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.