Misli Premyer Liqasında XXXIII turun daha 2 oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, ilk görüş Tovuzda olub. "Turan Tovuz" "Neftçi" ilə qarşılaşmada böyük hesabla qalib gəlib - 4:0. Qollardan 3-nü Runi Eva vurub.
Günün digər matçında isə "Səbail" "Sumqayıt"ın qonağı olub. "Kapital Bank Arena"da təşkil olunmuş matçda hesabı meydan sahibləri açsa da, fasilədən sonra paytaxt təmsilçisi 3 qol vuraraq, qələbəyə nail olub.
Bu nəticələrdən sonra xalını 35-ə çatdıran "Turan Tovuz" 6-cı pillədə möhkəmlənib və Premyer Liqanı tərk etmə təhlükəsindən qurtulub.
"Səbail" isə xalını 35-ə çatdırıb və 9-cu pilləyə yüksəlib.
Əvəzində "Neftçi" 61 xalla 3-cü, "Sumqayıt" 28 xalla 8-ci pillədə qalıb.
7 may (bazar)
15:00. “Turan Tovuz” – “Neftçi” 4:0
Qollar: Runi Eva, 16; 44; 61. Roderik Miller, 21
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Teymur Teymurov, Əli Əliyev
Tovuz şəhər stadionu
19:00. “Sumqayıt” – “Səbail” 1:3
Qol: Todor Todorski, 35. Matiya Lyuyiç, 70; 72. Franko Mazurek, 89
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Səbuhi Bayramov
“Kapital Bank Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" səfərdə ""Kəpəz"i, "Zirə" isə "Şamaxı"nı eyni hesabla yenib - 3:0. Tura mayın 8-də keçiriləcək "Qarabağ" - "Qəbələ" matçı ilə yekun vurulacaq.