
Çempionlar Liqasını yarımfinal mərhələsində "Milan" və "İnter" arasında keçiriləcək ilk matç üçün hakim təyinatları açıqlanıb.
Sportnet.az xəbər verir ki, görüşün referisi Xesus Hil Mansano olacaq. Ona yan xətt hakimləri qismində Dieqo Barbero və Anxel Nevado Rodriges kömək edəcəklər. Dördüncü hakim funksiyasını Xose Sançes yerinə yetirəcək.