Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını İtaliyada davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, hazırda İsveçrənin "Qrasshoppers" klubunun formasını geyinən 24 yaşlı hücumçu "Bari"nin maraq dairəsinə düşüb.
B Seriyasında çıxış edən komanda azərbaycanlı forvardı heyətinə qatmaq istəyir.
Qeyd edək ki, hazırda 62 xalla 3-cü pillədə yer alan "Bari" elitaya vəsiqə uğrunda mübarizə aparır.