"Qarabağ" və "Qalatasaray" klubunun rəhbərliyi arasında Türkiyənin İstanbul şəhərində görüş keçirilib.
Sportnet.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, NEF stadionunda baş tutmuş görüşdə klubun direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov, Marketinq və PR departamentinin rəhbəri Yusif Cəfərov, Beynəlxalq Münasibətlər üzrə menecer Vüsal Həsənov, "Qalatasaray"ın prezidenti Dursun Özbek, idarə heyətinin üzvü Emin İmanov və klubun digər məsul əməkdaşları iştirak ediblər.
Görüş zamanı "Qarabağ" nümayəndələri “Qalatasaray”ın bazası və akademiyası ilə tanış olub, fikir mübadiləsi aparıblar. Görüşdə klubların birgə əməkdaşlığı ilə bağlı gələcək planlar da müzakirə olunub.