"Barselona" mövsümöncəsi hazırlıq çərçivəsində ABŞ-da matçlar keçirəcək.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, iyulun 22-də Kataloniya təmsilçisi Santa Klaradakı (Kaliforniya) "Levi's" stadionunda "Yuventus"la, iyulun 26-da isə İnqlvuddakı (Kaliforniya) "Sou-Fi" stadionunda "Arsenal"la qarşılaşacaqlar.
İyulun 29-da Arlinqtonda (Texas) "Barselona" - "Real" matçı keçiriləcək. El Klassiko 80 min nəfərlik AT&T Stadionunda keçiriləcək.
"Barselona"nın mövsümöncəsi son oyununda Nevada ştatının Paradise şəhərindəki "Allegiant" stadionunda "Milan"la üz-üzə gələcək.