Misli Premyer Liqasında 34-cü tur davam edir.
Sportnet.az xəbər verir ki, 3-cü oyun günündə 1 matç keçirilib. "Neftçi" doğma meydanda "Şamaxı"nı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. hər iki qol penalti zərbəsindən sonra vurulub. 12-ci dəqiqədə Emin Mahmudovun zərbəsindən sonra top əvvəlcə qapı dirəyinə, daha sonra "Şamaxı"nın qapıçısı Rəşad Əzizliyə dəyərək, tora daxil olub. 56-cı dəqiqədə isə Amil Yunanov penaltini dəqiq yerinə yetirib. Beləliklə, "Şamaxı" bu mövsüm ilk dəfə "Neftçi"dən xal almağı bacarıb.
Qeyd edək ki, turun əvvəlki 3 oyunundan "Qarabağ" səfərdə "Səbail"i 3:0, "Turan Tovuz" "Qəbələ"ni 2:1 hesabı ilə yenib. "Zirə" - "Kəpəz" matçında isə qalib müəyyənləşməyib - 1:1. Tura mayın 17-də oynanılacaq "Sumqayıt" - "Sabah" matçı ilə yekun vurulacaq.
Xatırladaq ki, ötən gün "Qarabağ" "Səbail"ə qalib gələrək sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib.
14 may (bazar)
20:30 "Neftçi" - "Şamaxı" 1:1
Qollar: Rəşad Əzizli (öz qapısına) - 12. Amil Yunanov, 56 (pen.)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Rauf Cabarov
"Bakcell Arena".