"Milan"ın yarımmüdafiəçisi İsmail Bennaser zədələnib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. O, Çempionlar Liqasının yarımfinalında "İnter"lə ilk oyunda (0:2) dizindən zədə alıb.
Bu gün 25 yaşlı əlcəzairli yarımmüdafiəçinin sağ dizinin artroskopiyası aparılıb. Məlum olub ki, İsmailin sağalması ən azı altı ay çəkəcək. Beləliklə, o, növbəti mövsümün əvvəlini buraxacaq.
Qeyd edək ki, bu mövsüm Bennaser "Milan"ın heyətində 40 oyuna çıxıb, 3 qol vurub, 2 qolun ötürməsini verib.