16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 22-dən 29-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçiriləcək.
U-16 mayın 27-də və 29-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.