Cari mövsümdə ilk dəfə Azərbaycan I Divizionunda VAR sistemi tətbiq olunub.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “ASCO Arena”da keçirilmiş “Səbail-2” – MOİK qarşılaşmasının baş hakimi Kamran Əliyev olub. Ona Asiman Əzizli və Kərim Zeynalov kömək ediblər. Video Köməkçi Hakim funksiyasını isə Emin Əliyev və İslam Məmmədov yerinə yetirib.
Görüş qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Qeyd edək ki, Misli Premyer Liqası oyunlarını idarə etmək üçün hakimlərin VAR sertifikatının almaları zəruridir.