Vinisius Junior "Real"ın ardıcıl 2-ci matçını buraxacaq.
Sportnet.az xəbər verir ki, bu barədə Madrid klubunun baş məşqçisi Karlo Ançelotti bildirib. O, braziliyalı futbolçunun dizindən aldığı zədə səbəbindən "Sevilya" ilə səfər matçında iştirak etməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Vinisius bundan əvvəl “Rayo Valyekano”ya qarşı oyunda (2:1) zədəyə görə meydana çıxmayıb.
Əlavə edək ki, "Real" - "Sevilya" görüşü sabah keçiriləcək.