“Zirə”nın və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov İstanbulda Türkiyənin “Fənərbağça” klubunun baş katibi Burak Kızılhanla görüşüb.
Sportnet.az xəbər verir ki, “Fənərbağça”nın ofisində keçirilən görüşdə həmçinin Azərbaycan Minifutbol Federasiyasının və İstanbul təmsilçisinin idarə heyətinin üzvüləri də iştirak edib.
Görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub. Bundan başqa, yaxın gələcəkdə “Zirə” və “Fənərbaxça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılıb. Sonda görüş iştirakçıları bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.