Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün “Beşiktaş”la matçda iştirak edib.
Sportnet.az xəbər verir ki, superliqanın sonuncu turunda İstanbulda keçirilən qarşılaşmada o, komandası “Konyaspor”un ikinci qolunun müəllifi olub. 46-cı dəqiqədə oyuna daxil olan Emreli 47-ci dəqiqədə hesabı bərabərləşdirib (2:2).
Sonra tərəflər daha bir qol vurub və matç 3:3 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, bu, Emrelinin Türkiyə superliqasında 2-ci qolu olub.