“Real”ın sabiq futbolçusu İsko karyerasını “Rayo Valyekano” klubunda davam etdirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi yeni komandasına azad agent kimi keçəcək.
Onun son klubu “Sevilya” olub. İspaniya millisinin sabiq üzvü bu komandadan ötən ilin sonunda ayrılıb. İsko İspaniya La Liqasının son mövsümündə 12 oyun keçirib və 2 məhsuldar ötürmə verib.
İsko “Real”da 19 titul qazanıb.