Bu gün UEFA Millətlər Liqasının "Dördlər finalı"nda ikinci finalçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, yarımfinal mərhələsinin növbəti oyununda İspaniya və İtaliya milliləri üz-üzə gəliblər. Niderlandın "Tvente" stadionunda keçirilən görüş İspaniyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da İspaniya millisi finala adlayıb.
Qeyd edək ki, Xorvatiya dünən Niderlanda 4:2 hesabı ilə qalib gələrək turnirin finalına yüksəlib. Həlledici matçda iyunun 18-də Xorvatiya İspaniya ilə qarşılaşacaq. 3-cü yer uğrunda isə Niderland İtaliya ilə üz-üzə gələcək.
15 iyun
"Dördlər finalı", yarımfinal
22:45. İspaniya - İtaliya - 2:1
Qollar: Pino, 3, Xoselu, 88 - İmmobile, 11-pen.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Tvente" stadionu
14 iyun
22:45. Niderland - Xorvatiya - 2:4