
UEFA Millətlər Liqasında üçüncü yerin sahibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu yer uğrunda Niderland və İtaliya milliləri üz-üzə gəliblər. 3:2 hesabı ilə qalib gələn İtaliya bürünc medalın sahibi olub.
Niderland - İtaliya - 2:3
Qollar: Dimarko, 6 (0:1), Frattesi, 29 (0:2), Berqviyn, 68 (1:2), Kyeza, 72 (1:3), Veynaldum, 89 (2:3)
Qeyd edək ki, UEFA Millətlər Liqasının finalında bu gün Xorvatiya və İspaniya milliləri qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.