
"Real" heyətinə yeni oyunçu cəlb edib.
Sportnet.az xəbər verir ki, Madrid təmsilçisi "Espanyol"un futbolçusu Xoselunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Müqavilədə "Real"ın Xoselunu birdəfəlik transfer etmək hüququ ilə bağlı bənd də var.
Qeyd edək ki, Xoselu 2011-2012 mövsümündə "Real"da çıxış edib.