
Antuan Qrizmann “Atletiko”da qalmağa qərar verib.
Sportnet.az xəbər verir ki, fransalı futbolçuya PSJ və Səudiyyə Ərəbistanından olan bir neçə klubdan təklif olsa da, o, Madrid klubunda qalmağı seçib.
Qeyd edək ki, Qrizmann ötən mövsüm ərzində La Liqada meydana çıxdığı 38 oyunda 15 qol və 16 assistlə yadda qalıb.