Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.
Sportnet.az xəbər verir ki, o, Çempionlar Liqasının birinci təsnifat mərhələsinjn “Jalqris” (Litva) - “Struqa” (Şimali Makedoniya) matçını (ilk oyun) idarə edəcək. Ona Elşan Abdullayev, Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim isə Kamal Umudlu olacaq. UEFA rəsmi saytında azərbaycanlı hakimlərin bu matça təyinatını təsdiqləyib.