
Vinisius Junior yaxın günlərdə “Real”la müqavilənin müddətini uzadacaq.
Sportnet.az xəbər verir ki, Madrid klubu braziliyalı futbolçu ilə anlaşmanın uzadılmasını ya bu, ya da gələn həftə elan edəcək.
Yeni müqavilə 5 illik olacaq. “Real” 22 yaşlı hücumçunun sərbəst qalma məbləğını 1 milyard avro edəcək.
Braziliya millisinin üzvü “Qızıl top”u alarsa, əlavə mükafat alacaq.
Vinisius ötən mövsüm İspaniya La Liqasanda 30 oyunda 10 qol vurub və 9 məhsuldar ötürmə verib.