
"İnter" sıralarına yeni futbolçu qatıb.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, A seriyası təmsilçisi fransalı hücumçu Markus Tyuramı transfer edib. O, "İnter"ə azad agent kimi keçib. Klub hələlik müqavilənin təfərrüatları haqda məlumat verməyib.