
“Neftçi”nin futbolçusu David Orucov “ağ-qaralar”la Rusiyanın Sant-Peterburq şəhərində keçirilən “Match TV” turnirinə yollanmaqdan imtina edib.
Sportnet.az xəbər verir ki, 20 yaşlı müdafiəçi uzun illər Ukraynada yaşadığı üçün bu addımı atıb.
8 il Kiyev “Dinamo”sunun akademiyasında çıxış edən gənc oyunçu Rusiyadakı turniri boykot edib.
Məşqçilər heyəti Orucovun qərarını anlayışla qarşılayaraq, onu Bakıda saxlayıb.
Qeyd edək ki, “Neftçi” sözügedən turnirdə keçirdiyi ilk oyunda “Zenit”ə 1:3 hesabı ilə uduzub.