“Monpelye”nin hücumçusu Sepe Vahi klubunu dəyişə bilər.
Sportnet.az xəbər verir ki, 20 yaşlı forvard bu yay “Çelsi”yə keçə bilər. “Zadəganlar”ın baş məşqçisi Maurisio Poçettino fransalı futbolçunu öz sərancamında görmək istəyir.
Vahi ötən mövsüm “Monpelye”nin heyətində 33 oyuna çıxıb, 19 qol vurub, 6 məhsuldar ötürmə edib.