Bu yay "Turan Tovuz"dan ayrılan Runi Evanın yeni klubu müəyyənləşib.
Sportnet.az xəbər verir ki, kamerunlu hücumçu Bolqarıstanın "MOİK 1948" klubun keçib. Bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Runi Eva ötən mövsüm Misli Premyer Liqasında 32 oyuna 16 qol vurub, 3 qol ötürməsi edib. Azərbaycan kubokunda isə 5 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib. O, ötən ilin avqustundan “Turan Tovuz”da çıxış edirdi.