2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında futbolçuların çıxışına görə klublara ödənilmiş məbləğlər barədə hesabat dərc olunub.
Sportnet.az xəbər verir ki, ən çox İngiltərənin "Mançester Siti" klubu gəlir əldə edib.
Ali futbol qurumu "şəhərlilər"ə 4,59 milyon ABŞ dolları ödəyib.
Növbəti sıralarda İspaniya "Barselona"sı (4,53), Almaniya çempionu "Bavariya" (4,3), Fransa PSJ-si (3,8), İngiltərədən "Mançester Yunayted"lə (3,32) "Çelsi" (3,25), İspaniyanın "Atletiko" (Madrid) klubu (3,23) və İtaliya "Yuventus"u qərarlaşıb.
Qeyd edək ki, Argentina yığması DÇ-2022-nin qalibi olub.