
"Atletiko"nun müdafiəçisi Renan Lodi iş yerini dəyişib.
Sportnet.az xəbər verir ki, braziliyalı “Marsel”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat verib.
Fransa klubu Braziliya millisinin üzvü üçün 13 milyon avro xərcə düşüb. O, başa çatan mövsümü "Nottingem Forest"də icarə əsasında keçirib.