“Barselona”nın sabiq futbolçusu Arturo Vidal karyerasını “Atletiko Paranaense” klubunda davam etdirəcək.
Sportnet.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “Flamenqo” ilə müqaviləsini pozub.
Çili millisinin üzvü ilin sonuna kimi “Atletiko Paranaense”də çıxış edəcək.
Qeyd edək ki, Vidal vaxtilə “Barselona”, “Bayern”, “Yuventus”, “İnter” kimi klublarda oynayıb.