Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlıq prosesinin 5-ci günündə Rusiyanın “Orenburq” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. "Qəbələ"nin yeganə qolunu 50-ci dəqiqədə Ülvi İsgəndərov vurub.
Matç “Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazasında olub. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürüb.
Rusiyanın eyniadlı şəhərini təmsil edən “Orenburq” tarixi ərzində müxtəlif liqalarda çıxış edib və 2022-ci ildə Premyer Liqaya qayıdıb. Orenburqlular ötən mövsümü 7-ci yerdə başa vurublar.
Xatırladaq ki, “Qəbələ” Boluda keçirdiyi ilk matçda Moldova təmsilçisi “Sukleya”ya 4:2 hesabı ilə qalib gəlib.
15 iyul
Yoxlama oyunu
17:00. “Qəbələ” - "Orenburq” (Rusiya) - 1:1
Qollar: Ülvi İsgəndərov, 50 (1:0), Dmitri Vorobyev, 90+1 (1:1)
“Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazası