Yeni mövsümün hazırlığını Bakıda həyata keçirən “Araz-Naxçıvan” heyətini legioner futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, Naxçıvan təmsilçisi portuqaliyalı Nuno Migel Rodrigeslə anlaşıb.
Bu gün Azərbaycana gələn 29 yaşlı vinger tibbi müayinədən keçib və onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Nuno Migel Rodriges son olaraq ölkəsində 2-ci liqada çıxış edən "Sportinq" (Kovilya) klubunun formasını geyinib.