“Neftçi” növbəti transferini reallaşdırıb.
Sportnet.az xəbər verir ki, braziliyalı futbolçu Yuri Matiasla 2 illik müqavilə bağlanıb.
28 yaşlı mərkəz müdafiəçisi “ağ-qaralar”ın heyətində 44 nömrəli formanı geyinəcək.
Yuri Matias Braziliyanın “Amerika” (2014-2016), Portuqaliyanın “Akademika” (2016-2020), Təbrizin “Traktor” (2020), Rumıniyanın “Qaz Metan Mediaş” (2020-2022) və ÇFR (2022-2023) klublarında çıxış edib. O, 2021/2022 mövsümündə ÇFR-lə Rumıniya çempionu olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl Azərbaycan yığmasının üzvləri – qapıçı Emil Balayev və Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.