“Qəbələ” çətin komandadır”.
Sportnet.az xəbər verir ki, bunu Kiprin “Omoniya” klubunun futbolçusu Çaralampos Çaralampus UEFA Konfrans Liqasının II təsnifat mərhələsində üz-üzə gələcəkləri “Qəbələ” barədə danışarkən deyib.
21 yaşlı yarımmüdafiəçi rəqibin gücündən çəkinmədiklərini və hədəflərinin böyük olduğunu söyləyib: “Qəbələ” ilə oyunlara yaxşı hazırlaşmışıq. Superkubok görüşündən sonra artıq bütün diqqətimiz “Qəbələ” ilə görüşlərədir. Biz “Omoniya”yıq, bunu dəfələrlə göstərmişik, qruplarda iştirak etmişik. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik”.
Qeyd edək ki, “Qəbələ” ilə “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab matçı isə avqustun 3-də Nikosiyada keçiriləcək.