Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçilərindən "Neftçi" də mübarizəyə başlayıb.
"Ağ-qaralar" səfərdə "Jelezniçar"la qarşılaşıb və 2:2 hesablı heç-heçə edib. Bosniya və Herseqovina klubu 1-ci təsnifat mərhələsində Minsk "Dinamo"sunu (2:2, 2:1) mübarizədən kənarlaşdırıb.
Bu görüş həm də "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutunun komandada rəsmi debütü olub.
Qeyd edək ki, "Neftçi" ilə "Jelezniçar" arasında cavab oyunu avqustun 3-də Bakıda keçiriləcək.
27 iyul
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
23:00. "Jelezniçar" (Bosniya və Herseqovina) - "Neftçi" (Azərbaycan) - 2:2
Qollar: Haraçiç, 12 (1:0), Kilan Lebon, 44 (1:1), Yosep Amoa, 45+10 (2:1), Rəhman Hacıyev, 90+5 (2:2)
Baş hakim: Yuri Frişer (Estoniya).
Sarayevo, Qrbavica stadionu.