
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, komanda "Astana"nın (Qazaxıstan) qonağıdır. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayıb.
Mahir meydana start heyətdə daxil olub. O, 24-cü dəqiqədə fərqlənib.
Qeyd edək ki, Zaqreb təmsilçisi ilk görüşdə rəqibini darmadağın edib - 4:0.
2 avqust
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları
18:00. "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1
Qol: Mahir Emreli, 24
İlk oyun - 0:4