
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Jelezniçar”la cavab matçında zədələnən "Neftçi"nin futbolçusu Azər Əliyev müayinədən keçib.
Sportnet.az xəbər verir ki, bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib. O deyib ki, sümükdə və oynaqda sınıq və ciddi xəsarət yoxdur:
"Sadəcə, bağlarda gərilmə və əzələlərində kəskin əzilmələr müşahidə olunduğuna, həmçinin həmin hissəyə qan yığıldığına görə dirsək oynağı müalicə olunub. 7-10 gün ərzində sarğıda qalacaq. Bu müddətdə Azər Əliyev məşqlərdən azad olunub. Ağrılar tam azalandan sonra isə fərdi məşqlərə başlayacaq”.