"Qarabağ" Avropa Liqasının üçüncü təsnifat mərhələsinin HİK-lə (Finlandiya) oyunlar üçün sifariş ərizəsini UEFA-ya göndərib.
Sportnet.az xəbər verir ki, siyahı UEFA-nın rəsmi saytının oyunla bağlı proqramında yayımlanıb.
Baş məşqçi Qurban Qurbanov heyətə 24 futbolçunun adını daxil edib. Lakin onlardan ikisi - Marko Veşoviç və Abbas Hüseynov zədəli olduqlarından həmin qarşılaşmaları buraxmalı olacaqlar.
HİK-lə matçlar üçün "Qarabağ"ın iştirak ərizəsi aşağıdakı kimidir:
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Amin Ramazanov
Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev
Yarımmüdafiəçilər: Julio Romao, Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Adama Diakabi, Leandro Andrade, Ridon Cica, Riçard Almeyda, Patrik Andrade
Hücumçular: Hamidu Keyta, Juninyo
Xatırladaq ki, "Qarabağ"la HİK arasında ilk matç avqustun 10-da Bakıda, cavab görüşü avqustun 17-si Helsinkidə keçiriləcək.