"Neftçi"nin zədəli futbolçuları Ömər Buludov, Azər Əliyev, Eddi İsrafilovun son durumları müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə "Neftçi"nin baş hakimi Şaiq Zöhrablı klubun telekanalına məlumat verib:
"Komandanın futbolçularından Ömər Buludovun ölkə çempionatında "Kəpəz"ə qarşı matçda budun arxa qrup əzələlərində 2-ci dərəcəli dartılma olub. Hazırda müalicələr davam edir. 1-ci gündən yüngül hərəkətlərə başlanılması planlaşdırılır. Digər futbolçumuz Azər Əliyevin oyun zamanı mil sümüyündə çıxıq olduğu aşkarlanmışdı. Sonradan müalicələr davam etdirilirdi. Gips sarğısı fiksasiya olundu. Hal-hazırda fiksasiyadan azad edilib. Komanda ilə yüngül hərəkətlərə başlayıb. Demək olar ki, məşqin müəyyən bir hissəsində iştirak edir. Eddi İsrafilovun diz oynağındakı vəziyyətlə əlaqədar müalicələr fonunda məşqlərə qoşulur. Yenə də nəzarəti bizdədir. Amma ağrılar imkan verməsə və ya təkrarlansa, əməliyyat planlaşdırıla bilər".
Qeyd edək ki, "Neftçi" avqustun 17-i Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Beşiktaş"ın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.