AFFA İntizam Komitəsi "Qəbələ"nin futbolçusu Ülvi İsgəndərovu iki oyunluq cəzalandırıb.
Sportnet.az xəbər verir ki, buna hücumçunun Azərbaycan Premyer Liqasının II turunda "Araz-Naxçıvan"la matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.
"Qırmızı-qaralar" isə 2000 manat cərimələnib.
Qeyd edək ki, "Qəbələ" həmin qarşılaşmada 0:2 hesabı ilə uduzub.