
AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Sportnet.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 3-cü turunda qeydə alınan qayda pozuntuları barədə qərarlar qəbul olunub.
Misli Premyer Liqasının 3-cü turunun “Kəpəz” – “Turan Tovuz” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz” klubuna xəbərdarlıq edilib.
“Kəpəz” – “Turan Tovuz” oyununda “Mix” zona təşkil edilmədiyinə görə meydan sahibləri 500 manat cərimə edilib.
“Kəpəz” – “Turan Tovuz” oyununda zonaların tələblərinə riayət edilmədiyinə görə meydan sahibləri 500 manat cərimə edilib.
“Kəpəz” – “Turan Tovuz” oyununda qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib.
Misli Premyer Liqasının 3-cü turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat cərimə edilib.
Misli Premyer Liqasının 3-cü turunun “Sabah” – “Neftçi” oyununda meydan sahiblərinin 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat cərimə edilib.
“Sabah” – “Neftçi” oyununda qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat cərimə edilib.
“Sabah” – “Neftçi” oyununda qonaq komandanın baş məşqçisi Murad Musayev oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Sabah” klubu 1000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Sabah” – “Neftçi” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Sabah” klubuna xəbərdarlıq edilib.
“Sabah” – “Neftçi” oyununda qonaq komandanın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Neftçi” klubuna xəbərdarlıq edilib.