Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçirilib.
"Neftçi" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb. Oyun Bakı klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, Bakı klubunun yeni mövsümdə Premyer Liqada ilk qələbəsi olub. Komanda daha əvvəl 1 dəfə uduzub, 2 dəfə heç-heçə edib.
Günün son görüşündə isə "Qarabağ" "Kəpəz"i qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb
Qeyd edək ki, turun digər 3 matçı 25 və 26 avqust tarixlərində oynanılıb.
27 avqust (bazar)
20:45. “Qarabağ”– “Kəpəz” - 1:1
Qollar: Juninyo, 9 (1:0), Cavad Kərimov, 86 (1:1)
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
“Azersun Arena”
18:30. “Neftçi” – “Qəbələ” - 2:0
Qollar: Rəhman Hacıyev, 45+3 (1:0), Yuri Matias, 79 (2:0)
Qırmızı vərəqə: Rza Cəfərov, 70 ("Neftçi")
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
"Neftçi Arena"