
Belçika və Azərbaycan milli komandaları arasında AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur oyunu başlayıb.
Sportnet.az xəbər verir ki, “Kinq Baudouin” stadionundakı qarşılaşma nəzərdə tutulduğundan 2-3 dəqiqə gec start götürüb.
Buna Azərbaycan Himninin yalnış səsləndirilməsi səbəb olub. Səhv aradan qaldırıldıqdan sonra matç başlayıb.