Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailand “Buriram Yunayted”inin Asiya Çempionlar Liqasında Çinin "Jejianq" komandasına qarşı matçından sonra dava düşüb.
Sportnet.az xəbər verir ki, kütləvi toqquşma matçdan dərhal sonra hər iki komandanın oyunçuları və məşqçiləri arasında olub. Şeydayev də münaqişənin iştirakçısı olub. O, rəqib oyunçunu yerə yıxdığı vaxt təklənib. Nəticədə Çin klubunun bir çox futbolçusu Şeydayevi döyüb.
Qeyd edək ki, görüş "Jejianq"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.