“Sabah” klubu daha bir futbolçusunu icarəyə verib.
Sportnet.az xəbər verir ki, hücumçu Camal Cəfərov mövsümün ikinci yarısını Premyer Liqanın başqa klubunda keçirəcək.
21 yaşlı oyunçu yüksək liqanın autsayderlərindən olan “Kəpəz”ə icarəyə verilib. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü mövsümün sonuna qədər Gəncə klubunun formasını geyinəcək.
Qeyd edək ki, “Sabah” ötən gün digər hücumçusu İldar Alekperovu “Araz-Naxçıvan”a icarəyə verib. Yarımmüdafiəçi Ceyhun Nuriyev isə “Zirə”yə keçib.