Türkiyə millisinin və İspaniyanın "Real" klubunun futbolçusu Arda Gülər karyerasını İtaliyada davam etdirə bilər.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, "Milan" 18 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
A Seriyası təmsilçisi oyunçunu 2 illik icarəyə götürmək istəyir.
Qeyd edək ki, gənc futbolçu paytaxt klubunda heyətə düşməkdə çətindir çəkir. Onun İspaniya klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.