Çempionlar Liqasında 1/8 final mərhələsi başa çatıb.
Sportnet.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. "Atletiko" ilk görüşdə 0:1 hesabı ilə uduzduğu "İnter"i qəbul edib. Matçın əsas və əlavə vaxtı meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Ümumi hesab bərabər olduğundan qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (3:1) Madrid təmsilçisi adını növbəti raunda yazdırıb.
Digər görüşdə isə "Borussiya" (Dortmund) ilk matçda heç-heçə etdiyi PSV-yə 2 cavabsız qolla qalib gələrək mərhələ adlayıb.
Qeyd edək ki, bundan əvvəl "Bavariya", PSJ, "Mançester Siti", "Real", "Arsenal" və "Barselona" 1/4 finala vəsiqə qazanıb.
13 mart
00:00. "Atletiko" (İspaniya) - "İnter" (İtaliya) - 2:1 (Penaltilər seriyasında - 3:1)
İlk oyun - 0:1
00:00. "Borussiya" (Dortmund, Almaniya) - PSV (Niderland) - 2:0
İlk oyun - 1:1