"Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin yenidən Rusiyanın "Krasnodar" klubunda işləmək ehtimalı var.
Sportnet.az xəbər verir ki, bu barədə "RB Sport" nəşri iddia irəli sürüb.
Bildirilib ki, 40 yaşlı mütəxəssis mövsümün sonunadək Premyer Liqa təmsilçisinə rəhbərlik edə bilər.
Qeyd edək ki, "Krasnodar" bu gün baş məşqçisi Vladimir İviçlə yollarını ayırıb. 2021-ci ildən Bakı klubunda işləyən Murad Musayev cari il fevralın 1-də komanda ilə vidalaşıb. Mütəxəssis 2018-2021-ci illərdə "Krasnodar"ın əsas komandasında baş məşqçi olub.