"Miodraq Bojoviçi "Spartak"a çağırsalar, dərhal gedər".
Sportnet.az xəbər verir ki, bunu Monteneqrodan olan mütəxəssisin agenti Srcan Eremiç "RB Sport"a açıqlamasında deyib.
O, baş məşqçinin hazırda yalnız Bakı klubuna kökləndiyini söyləyib: "Spartak"? Onu çağırsalar, sevinərdi və dərhal gedərdi".
Qeyd edək ki, "Neftçi" dekabrın 24-də Miodraq Bojoviçlə 1,5 illik müqavilə bağlayıb. O, karyerası ərzində Rusiyanın bir neçə klubunda işləyib.