21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 18-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Samir Əliyev toplanışa 25 futbolçu dəvət olunub.
Qapıçılar: Amin Ramazanov ("Qarabağ"), Rüstəm Samiqullin ,Yusif İmanov( hər ikisi "Sabah")
Müdafiəçilər: Süleyman Damadayev ("Şamaxı"), İbrahim Ramazanov ("Qəbələ"), Seymur Məmmədov ("Sabah"), Cəlal Hüseynov ("Arda",Bolqarıstan) Həzrət İsayev ("İmişli"), Abdulla Rzayev ("Araz-Naxçıvan"), Rüfət Əhmədov ("Kəpəz"), Rüfət Abbasov ("Neftçi"), Ayxan Süleymanlı ("Sumqayıt")
Yarımmüdafiəçilər: Qurban Səfərov ("Şamaxı"), Nazim Həsənzadə ("Zirə"), Camal Cəfərov ("Kəpəz"), Ramin Nəsirli ("Araz-Naxçıvan"), Xəyal Əliyev ("Sabah"), Murad Vəliyev ("Nomme Yunayted", Estoniya), Fərid Yusifli ("Turan Tovuz"), Emil Səfərov ("Qəbələ"), Zeynəddin Abdurahmanov ("Səbail"), Samir Abdullayev ("Səbail"), Mehrac Baxşalı ("Qəbələ"),
Hücumçular: Nəriman Axundzadə ("Qarabağ"), Ağadadaş Salyanski ("Neftçi")
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də, saat 16:00-da İngiltərə, martın 26-da, saat 16:00-da isə Ukraynanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun "Azersun Arena"da keçiriləcək.